Salyanda əməliyyat, narkotika alverçisi yaxalandı
2 May 2014 14:13 KriminalSalyanda narkotika alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi və Salyan RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Marışlı kənd sakini, əvvəllər məhkum olunmuş Gülməmməd Ələsgərovdan 6,644 qram, evinə baxış zamanı isə 1 kiloqram 16,995 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31