Keçmiş bağça müdirindən dəşhətli əməl
İsmayıllı rayonunda 65 yaşlı qadın özünü öldürüb
2 May 2014 13:07 KriminalBu gün səhər saatlarında İsmayıllı rayonunda 65 yaşlı qadın özünü öldürüb. Rayon Prokurorluğundan verilən məlumata görə, Lahıc qəsəbəsində yaşayan 1949-cu il təvəllüdlü Banu Əlövsət qızı Mövlanova evin həyətindəki ağacdan özünü asıb.
Onun asılmış meyidini yaxınları aşkarlayıb. Onun intehar etdiyi bildirilir. Hazırda hüquq-mühafizə orqanalrı hadisə yerində çalışır.
Qeyd edək ki, Banu Mövlanova yaxın illərədək Lahıc qəsəbəsindəki uşaq bağçasının müdiri olub.
Baş verən müəmmalı intiharın səbəbləri araşdırılır.
Faktla bağlı rayon prokurorluğunda cinayət işçi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31