Ağstafada qadın kəndlisinin evinə od vuran kişi yaxalandı

. Ağstafada qadının evini yandıran həmkəndlisi həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə iyul ayının 31-də saat 00.50 radələrində baş verib.  Ağstafa rayonunun Dağkəsəmən kənd sakini İlahə Nəbiyevanın evində yanğın baş verib. Yanğının ev sahibinin həmkəndlisi Əhliman Nəbiyev tərəfindən törədilməsi müəyyən edilib və o, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31