Gülər Əhmədova nurçu məmurlardan danışdı
1 May 2014 14:43 KriminalBu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə baxışı olub. Hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən baxış iclasında Gülər Əhmədovanın hüquqlarını üç vəkil müdafiə edib. Vəkil Fazil Nemətov keçmiş millət vəkili barəsində tədbiq edilən 178.3.2 və 207.2 maddələri ilə əlaqədar Konsitutisiya məhkəməsinə müraciət edilməsi haqqında vəsatət qaldırıb. Hakimlər bunun zəruri olmadığını bildiriblər və vəsatəti təmin etməyiblər.
Vəkil Əfsər Talıbov isə proseslə əlaqədar əlavə şahidlərin dindirilməsi, Elşad Abdullayevin Prokuroroluğa təqdim etdiyi videonun sübutlar siyahısından çıxarılması və Səlcuq Ağlaya, Sevinc Babayevanın oğlunun Türkiyədə verdikləri ifadələrin sübut növü kimi qəbul edilməsi haqqında vəsatət qaldırıb.
Hakimlər kollegiyası şahidlərin dindirilməsinin qəbuledilməz, video və Səlçuq Ağalayanla bağlı vəsatətin isə məhkəmənin yekun iclasında müzakirə ediləcəyini açıqlayıblar.
Daha sonra G.Əhmədova ifadə verib. O, nurçular məsələsi ilə bağlı gündəmə gələnlərdən danışıb. "Bu gün bəziləri nurçular məsələsi və elə-belə məsələrlə gündəmə gəlirlər. Mən dövlətimə və prezidentimə sadiqəm. Ölkəmdən heç kimə şikayət etmirəm. Hətta güllələnsəm belə əqidəmdən dönməyəcəm".
Məhkəmə istintaqı tamamlandı və proses saat 14:30-da davam etdiriləcək.
Qeyd edək ki, ötən gün Gülər Əhmədovanın vəkillərinin ikisi məhkəməyə gəlmədiyi üçün prosses təxirə salınıb.
Xatırladaq ki, 2013-cü il, dekabrın 2-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Milli Məclisin sabiq üzvü G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Qərara əsasən, sabiq deputat cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Xatırladaq ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin ötən ilin sentyabrında yaydığı qalmaqallı videodan sonra G.Əhmədova deputat mandatından imtina etmişdi, fevralın 13-də isə onun barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
G.Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirlli bilinib. ans