Bakıda mənzilləri qarət edən quldur dəstəsinə hökm oxundu
3 Avqust 2012 15:19 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq odlu silah saxlamaq, oğurluq və digər ağır cinayətlərdə təqsirləndirilən mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən dəstə başçısı Samir Rəhimov 15 il, dəstə üzvləri -lməddin Həsənov 13 il, Asif Əliyev 4 il, Nuranə Rzayeva isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, təqsirləndirilən şəxslər ölkə ərazisində mənzilləri qarət ediblər. Onlar ev sahiblərini odlu silahla hədələyib, döyüb və sonra da mənzilləri qarət edib hadisə yerindən qaçmaqla məşğul olublar. Dəstə üzvləri Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama, satma, daşıma, gəzdirmə) maddələri ilə ittiham olunublar.