Corabında qardaşına telefon keçirmək istədi
1 May 2014 13:35 KriminalƏdliyyə Nazirliyinin Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Mehman Sabir oğlu İbrahimovun yanına qısa müddətli görüşə gəlmiş bacısı Vüsalə Sabir qızı İbrahimzadənin üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynində olan corabın içərisindən 1 ədəd "Kenxinda" markalı mobil telefon aparatı, 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş mikrosxem, 1 ədəd "Azercell" və 2 ədəd "Bakcell" danışıq kartları və 1 ədəd mobil telefon aparatı üçün nəzərdə tutulmuş elektrik qidalandırıcısının uc hissəsi aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.