Azərbaycanlı Rusiyada polisə rüşvət verməyə çalışıb

Polisə 4 min rubl təklif edən Hümbət Əliyevin işi məhkəməyə göndərilib

Rusiyada daha bir azərbayacanlının işi məhkəməyə düşüb. Belə ki, bu dəfə Azərbaycan vətəndaşı rüşvət verməkdə ittiham edilir. Murmanskda 41 yaşlı Azərbaycan vətəndaşı Hümbət Əliyevin işi üzrə materiallar məhkəməyə göndərilib.  H.Əliyev bu ilin fevral ayında Apatitı stansiyasında polis əməkdaşına rüşvət verməyə çalışıb. Rüşvətin miqdarı 4 min rubl olub. Bunun müqabilində isə 41 yaşlı kişi polisdən miqrasiya haqqında qanunun tələblərini pozması haqqında protokol yazmamasını istəyib.

Azərbaycanlının işinə Apatitski məhkəməsində baxılacaq. Ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31