İmişlidə dəhşətli qəza, 3 nəfər öldü

 İmişlidə dəhşətli yol qəza hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 29-da saat 11 radələrində İmişli rayonu Kürmahmudlu kəndinin ərazisində Qızılkənd kənd sakini Qoşqar Əhmədov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Sürücü özü və sərnişinləri - həmkəndlisi Yalçın Rzayev və Əvəz Süleymanov hadisə yerində ölüblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31