Ağsuda quldur dəstəsi qadını döyüb evini qarət etdi
30 Aprel 2014 15:39 KriminalAğsu rayonunda qadın döyülərək qarət edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Ağsu RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də quldurluq yolu ilə Gülxarə Hüseynovanın evinə girib, onu küt alətlə döyərək oradan 2870 manat dəyərində qızıl əşyalar və 1 ədəd mobil telefon aparmış Bərdə rayon sakinləri Emin Həsənov, Elmir Zülfəliyev və Ağsu rayon sakini Orxan Həsənov tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31