Bakıda narkotika alverçisi 5 kilodan artıq marixuana ilə tutuldu
30 Aprel 2014 15:38 KriminalBakıda daha bir narkotika alverçisi yaxalanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Müzəffər Paşayevdən 16,14 qram, onun Maştağa qəsəbəsindəki evindən 3 kiloqram 60 qram, Albalılıq yaşayış sahəsindəki bağ evindən isə 2 kiloqram 60 qram marixuana aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31