Sabunçuda 5 otaqlı ev yanıb

 Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 120 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları 5 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31