Bakıda müdhiş cinayət: müdirin otağından pulla dolu seyf apardılar
30 Aprel 2014 14:39 KriminalBakıda quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, aprelin 30-da saat 05 radələrində Nərimanov rayonu ərazisində yerləşən "Röyal" mebel mağazasına aldatma yolu ilə girmiş şəxsiyyəti məlum olmayan 3 nəfər gözətçi İbrahim Quliyevin əllərini və ağzını yapışqanlı lentlə bağlayıb. Daha sonra həmin şəxslər mağazanın müdiri Kəmalə Muradovanın iş otağındakı içərisində 20.000 manat olan dəmir seyfi, məişət əşyalarını və nəzarət kamerasının yaddaş kartını götürüb "Mercedes" markalı avtomobildə hadisə yerindən gediblər.
Nərimanov RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31