“Adi su” metadon məhlulu çıxdı

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından ölkəmizə piyada gələn Azərbaycan vətəndaşı Vidadi Mahmudov gömrük nəzarətindən keçirilib. Bu zaman onun gömrük nəzarətinə "adi su" kimi təqdim etdiyi plastik qabda 480 ml həcmində metadon məhlulu aşkar olunub. Xatırladaq ki, metadon məhlulu "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 480 ml məhlulda metadonun quru maddəsinin ümumi miqdarı 0,48 qram təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31