Bakı bulvarında ana balası üçün ölümə atıldı

Bakıda ana balası uğrunda Əzrayılı aldatdı. Dünən Dənizkənarı Milli Parkda gənc qadın bədbəxt hadisə ilə üzləşb. Bulvarda gəzinti qatarı 20-25 yaşlı qızı vurub. Ağır bədən xəsarətləri alan qız xəstəxanaya yerləşdirilib. Bu gün yenidən bu hadisəyə qayıtmağa vadar edən Milli.Az-a daxil olan məlumatdır. Qatar vuran qadın və onunla birlikdə yaralanan azyaşlı uşağın ölüm xəbərini aldıq. 

Dəhşətli hadisə ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Milli.Az-a bildirdi ki, hadisə zamanı sürücünün günahı olmayıb. Sadəcə bulvarda azyaşlı uşağı ilə gəzərkən uşaq qatarın altına qaçıb. Balasını xilas etmək istəyən ana özü qatarın altına düşüb. Xoşbəxtlikdən, gəzinti qatarı aşağı sürətlə getdiyindən qadın yüngül xəsarətlə ölümdən qurtula bilib. Ağır kəllə-beyin travması almayıb, toxumaları əzilib.

İdarə rəsmisi əlavə etdi ki, hadisənin dəqiq səbəblərini hüquq-mühafizə orqanı əməkdaşları araşdırırlar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31