Bakıda poliklinika yandı
30 Aprel 2014 12:36 KriminalBakıda uşaq poliklinikasında yanğın hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə Suraxanı rayonunda Səhiyyə Nazirliyinə məxsus Uşaq poliklinikasında baş verib. Poliklinikanın ümumi sahəsi 30 kv.m olan məişət avadanlıqları saxlanılan anbarının dam örtüyü 10 kv.m sahədə yanıb. Anbarın qalan hissəsi və ona bitişik laboratoriya yanğından mühafizə olunub. Yanğın saat 06:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31