Dəhşətli bir yol qəzasının-VİDEOSU

Qəza zamanı qaydanı pozan avtomobilin sürücüsü hadisə yerində ölüb, digər sürücü isə xəsarətlə xəstəxanaya çatdırılıb

Bakıda Nərimanov rayonunda, Heydər Əliyev prospektində iyulun 24-də axşam saat 20:00 radələrində "VAZ 2107" markalı avtomobil yol hərəkəti qaydasını pozaraq qarşıdan gələn avtomobilin hərəkət zolağına çıxıb. Nəticədə digər "VAZ 2107" ilə toqquşub.Qəza zamanı qaydanı pozan avtomobilin sürücüsü hadisə yerində ölüb, digər sürücü isə xəsarətlə xəstəxanaya çatdırılıb.Trend oxuculara həmin rezonans doğuran yol qəzasının videogörüntüsünü təqdim edir.Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31