Maşının kabinəsində həşiş qətranı aşkar olunub

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından ölkəmizə gələn Azərbaycan vətəndaşı Çingiz Kərimovun idarə etdiyi "Kamaz-54112" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məıumata görə, baxış zamanı maşının kabinəsində, sürücü oturacağı ilə yataq yerinin arasındakı boşluqda çəkisi 2,39 qram olan narkotik vasitə - həşiş qətranı aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31