31 yaşlı qadın 7-ci mərtəbənin pəncərəsindən yıxılaraq ölüb
29 Aprel 2014 15:26 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfər qadının intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, doqquzmərtəbəli binanın 7-ci mərtəbəsinin pəncərəsindən 1983-cü il təvəllüdlü qadın yıxılaraq 1-ci mərtəbənin dam örtüyünə düşərək vəfat edib. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qadının meyitini aşağı endirərək aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31