Bakıda keçmiş prokurorluq işçisi özünü yandırmaq istədi
29 Aprel 2014 15:17 KriminalBakıda keçmiş prokurorluq işçisi intihara cəhd edib. Səbail rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Şəhidlər xiyabanının yaxınlığında qeydə alınıb. Keçmiş prokurorluq işçisi Fəxrəddin Məmmədov üstünə yanacaq tökərək özünü yandırmaq istəyib. Lakin hadisə yerində olan polis əməkdaşlarının müdaxiləsi nəticəsində F. Məmmədov fikrindən daşındırmaq mümkün olub.
Polisə aparılan F. Məmmədovun hansı səbəbdən intihar etmək istədiyi araşdırılır.
F. Məmmədovun uzun illər əvvəl prokurorluq orqanlarında çalışdığı bildirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31