7 nəfər tortdan zəhərləndi
Zəhərlənən şəxslər xəstəxanada ilkin tibbi yardım göstərilib
29 Aprel 2014 13:57 KriminalBakıda tortdan kütləvi zəhərlənmə faktı qeydə alınıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Binəqədi rayonu M. Ə. Rəsulzadə qəsəbəsində baş verib.
Qəsəbə sakinləri Ramiz Hüseynov, arvadı Səmayə, qızı Minayə, gəlini Familə, nəvələri Məleykə, Kənan və Səmayə qidadan (tortdan) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.
Onlara xəstəxanada ilkin tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31