Bakıda iş yoldaşını doğrayanın məhkəməsi başladı
3 Avqust 2012 11:17 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl hadisəsin törətməkdə təqsirli bilinən Elgün Hüseynovun məhkəməsi başlayıb. "OLAYLAR"ın məlumatına görə, prosesin əvvəlində prokuror ittiham aktını elan edib. Dövlət ittihamçısı bildirib ki, bu ilin yanvarın 18-də Goradil qəsəbəsi, yeni yaşayış massivində inşa edilməkdə olan evin həyətindəki yardımçı tikilidə Beyləqan rayon sakini, 1988-ci il təvəllüdlü Bayram İmanovun qan içərisində meyiti tapılıb. Məlum olub ki, mərhum çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirilib. Həmin şəxsi qətlə yetirən iş yoldaşı Elgün İsmayılov olduğu məlum olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31