Rəsmi sənədləri saxtalaşdıran şəxs saxlanılıb
29 Aprel 2014 13:07 KriminalBakıda rəsmi sənədləri saxtalaşdıran şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən bildiriblər ki, Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178 (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə axtarışda olan Cəvahir Novruzi tutulub.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31