Qobu sakinini güllələyən qatil məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə odlu silahla qətl hadisəsi törətməkdə təqsirli bilinən Abşeron rayon sakini Nazim Muxtarovun məhkəməsi başlayıb. "OLAYLAR"ınməlumatına görə, prosesdə ittiham aktı elan olunub.  İttihama görə, bu ilin martın 10-na keçən gecə saat 01.00 radələrində Abşeron rayonunun Qobu qəsəbə sakini Dadaş Dadaşov yaşadığı evin həyətində naməlum şəxs tərəfindən odlu silahla qətlə yetirilib. Prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət yaradılmış istintaq-əməliyyat qrupu hadisə yerinə baxış keçirib və orada "Makarov" tipli tapancaya aid 8 ədəd giliz aşkar edib.Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsi, Abşeron rayon Prokurorluğu və Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlərlə cinayəti törətməkdə şübhəli bilinən Qobu qəsəbə sakini Nazim Muxtarov tutulub. Cinayətin aləti olan "Makarov" tapançası isə Qaradağ rayonunun Qızıldaş qəsəbəsindəki daş karxanalarından birinin ərazisində aşkar edilib götürülüb. 
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31