7 kiloqram narkotika satana 7 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik alverində ittiham olunan Beyləqan rayon sakini Behbud Cəlilova hökm oxunub. "OLAYLAR"ın məlumatına görə, məhkəmənin hökmü ilə Behbud Cəlilov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Behbud Cəlilov Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsi və 24-cü polis bölməsinin əməkdaşları yaxalayıb. Behbud Cəlilovdan 7 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31