Nişanlanacaq qızdan ağlasığmaz əməl
Saatlıda 18 yaşlı qız özünü asıb
29 Aprel 2014 11:21 KriminalÖtən gün axşam saatlarında Saatlı rayonunda intihar hadisəsi baş verib. Saatlı rayon prokurorunun köməkçisi Hüseyn Hüseynovun ANS PRESS-ə verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Rəmziyyə Əlibala qızı Şəmmədova yaşadığı evin həyətində özünü ağacdan asıb.Onun asılmış meyidini yaxınları tapıb. Hazırda qazın nə səbəbdən özünü öldürdüyü araşdırılır. Deyilənlərə görə, qız yaxın günlərdə nişanlanacaqmış.Faktla bağlı Saatlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31