Dələduz 10 il “yatacaq”
3 Avqust 2012 11:12 Kriminal. Bakı Ağır Cinayətlər Məhkəməsində vətəndaşların etimadını qazanaraq dələduzluq etməkdə günahkar bilinən Sultan İsmayılova hökm oxunub. "OLAYLAR"ın məlumatına görə, məhkəmənin hökmü ilə Sultan İsmayılov 10 il müddətinə azadlıqdan məhrum edilib.
O, Cinayət Məcəlləsinin 178.3.2 (etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmə), 320.1 və 320.2-ci (rəsimi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham edilib. Sultan İsmayılov dələduzluq cinayətlərini saxta sənəd düzəltmklə torpaq alqı-satqısı adı ilə törətməsi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31