Həyat yoldaşına telefon və aksesuarlar ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Famil oğlu Məmmədzadənin yanına qısa müddətli görüşə gəlmiş həyat yoldaşı Anjela Sallidinovna Abdullayevanın üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əl çantasının içərisindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Samsung" markalı mobil telefon aparatı, daxilində danışıq kartı olmayan 1 ədəd "General Mobil" markalı mobil telefon aparatı, 2 ədəd "Nar" danışıq kartları, 1 ədəd "Meqafon" danışıq kartı, 1 ədəd "Bilayn" danışıq kartı, 1 ədəd "Mts" danışıq kartı, 1 ədəd "Utel" danışıq kartı, 1 ədəd telefon qidalandırıcısı və 2 ədəd telefon batareyaları aşkar edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31