Məhbusa telefon keçirmək cəhdinin qarşısı alınıb

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin bir sıra maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rahib Nadir oğlu Nəsirovun yanına qısa müddətli görüşə gəlmiş qardaşı oğlu vətəndaş Namiq Rasim oğlu Nəsirovun üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əynində olan şalvarın cibindən daxilində "Sim" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. 

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31