Oğluna mobil telefon ötürmək istədi
28 Aprel 2014 17:22 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 234.1 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Nicat Xosrov oğlu Qarayevin yanına qısa müddətli görüşə gəlmiş anası vətəndaş Aidə Mustafa qızı Hüseynovanın üzərinə və əşyalarına baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun əl çantasının içərisində gizlədilmiş daxilində danışıq kartı olmayan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31