Ev sahibi yanğın zamanı tüstüdən boğulub

 Quba şəhərində vətəndaşa məxsus ümumi sahəsi 10 kv.m olan yarımtikili yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə,  yanğının kəşfiyyatı zamanı 1964-cü il təvəllüdlü Kərimov Məhəmməd Rəhman oğlunun tüstüdən boğulmuş və qismən yanıq izləri ilə meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31