Evdə huşsuz qalmış vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən Bakı şəhəri, Nəsimi rayonunda mənzildə bağlı qapı arxasında 1954-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.  Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən həmin mənzilin pəncərəsinin  dəmir  barmaqlıqlarını  qıraraq daxil olublar.  Mənzilə baxış keçirilərkən vətəndaş halsız vəziyyətdə aşkarlanıb. Vətəndaş aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31