Sabirabadda ev sahibi yanıq xəsarətindən vəfat edib
28 Aprel 2014 17:08 KriminalSabirabad rayonu, Axısxa kəndində vətəndaşa məxsus evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 2 otaqlı ev 70 kv.m sahədə yanıb. Yanğın zamanı 2013-cü il təv. Davitadze Hüseyn Rasim oğlu yanıq xəsarətləri ilə valideynləri tərəfindən xəstəxanaya aparılarkən yolda keçinib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31