DİN qəzet baş redaktorunun ölümü ilə bağlı məlumat yaydı
""Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb"
28 Aprel 2014 15:26 KriminalDaxili İşlər Nazirliyi "Mizan Tərəzi" qəzetinin baş redaktorunun yanaraq ölməsi ilə bağlı məlumat yayıb. Daxili İşlər Nazirliyinin saytının verdiyi məlumata görə, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb. Məlumatda qeyd edilir ki, aprelin 26-da saat 09 radələrində Suraxanı rayonu Bülbülə qəsəbəsinin ərazisində Bakı şəhər sakini Natiq Mehdiyevə məxsus evdə yanğın baş verib. Nəticədə 70 kvm. sahədə yanar konstrukiyalar və əşyalar yanıb. Orada müvəqqəti yaşayan "Mizan Tərəzi" qəzetinin baş redaktoru, Ağdam rayon sakini Sadiq Soltanovun yanmış meyiti tapılıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31