Bakıda işçisini zorlamaqda günahlandırılan baş redaktorun müəmmalı ölümü ilə bağlı yeni faktlar
28 Aprel 2014 11:45 KriminalBakıda işçisini zorlamaqda günahlandırılan baş redaktorun faciəvi ölümü ilə bağlı maraqlı faktlar ortaya çıxıb. Milli.Az Suraxanı rayonunda yanaraq ölən "Mizan Tərəzi" qəzetinin 25 yaşlı baş redaktoru Sadiq Sultanovun Bülbülə qəsəbəsində dostunun evində yanması ilə bağlı araşdırma aparıb.
Suraxanı Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, S.Sultanov hadisə baş verən gün sərxoş halda dostunun evinə gəlib. Dostunun oğlu deyib ki, S.Sultanov bir gecəlik evdə qalmasına icazə verilməsini xahiş edib. Böyük ehtimalla sərxoş vəziyyətdə olan Sadiq İran sobası ilə ehtiyatsız davranıb və yanıb. İdarədən onu da öyrəndik ki, aprelin 19-da işçisini zorlamaqda günahlandırılan baş redaktorun başqa cinayət əməli də olub.
İnsanları aldatdığına görə Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Hazırda araşdırma aparılır.