Bakıda Dübəndi Neft Terminalında yanğın olub
2 Avqust 2012 17:14 KriminalBakıda neft terminalı ərazisində yanğın hadisəsi olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri Xəzər rayonunda Dübəndi Neft Terminalının ərazisində 500 kv.m sahədə quru ot yanıb. Ərazidəki sexlər yanğından mühafizə olunub. Yanğın saat 15:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31