Rusiyada axtarışda olan şəxs Azərbaycanda ələ keçdi
2 Avqust 2012 17:10 KriminalRusiyada oğurluq edib qaçan şəxs Azərbaycanda həbs edilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, axtarışda olan şəxsi Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları yaxalayıb. İdarə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Volqoqrad Daxili İşlər İdarəsi tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi (oğurluq) ilə axtarışda olan Elşən Mustafayev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31