Məhkuma ayaqqabısında tiryək ötürmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 120.1; 228.4 və 66.3 maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Bəhruz Natiq oğlu Mehrəliyevin yanına qısamüddətli görüşə gəlmiş xalası oğlu vətəndaş Arzu Natiq oğlu Həsənovun gətirdiyi sovqata və üzərinə baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı onun geyindiyi ayaqqabının uc hissəsində gizlədilmiş, sellofana bükülmüş, xalis çəkisi 15,610 qram olan narkotik maddə "Tiryək" aşkar edilərək götürülüb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31