Bakıda silahlı heroin alverçisi yaxalandı
21 Aprel 2014 15:21 KriminalBakıda heroin alverçisindən avtomat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Camalovdan 0,170 qram heroin, qundağı çıxarılmış "AKM" markalı avtomat, 2 patron darağı və 108 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31