Bakıda 130 min manatlıq cinayət: qadın həbs edildi
21 Aprel 2014 12:59 KriminalBakıda dələduzluq etdiyinə görə axtarışa verilmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xətai RPİ CAŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, AR CM-nin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan Yeganə Mehdiyeva tutulub.
Qeyd edək ki, Y.Mehdiyeva vətəndaşın 130 min manat pulunu dələduzluq yolu ilə ələ keçirərək mənimsəməkdə təqsirləndirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31