Sürücü deformasiyaya uğramış avtomobildən xilas edilib
21 Aprel 2014 12:55 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda Bakı-Gəncə yolunun 293-cü kilometrliyində "Kia" markalı minik avtomobili yol ayrıcındakı dirəyə çırpılaraq aşıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "Kia" markalı minik avtomobilinin sürücüsü yaralanaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31