Nazirin qardaşı və polkovnik dəhşətli qəzada öldü
21 Aprel 2014 07:10 KriminalNaxçıvan Muxtar Respublikasının Şərur rayonunda baş vermiş dəhşətli yol qəzası zamanı həlak olan Dövlət Sərhəd Xidmətinin əməkdaşının adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Pusyan kəndi yaxınlığında avtomobilin aşması nəticəsində Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Abbas Əhmədovla birgə DSX-nın Şərur postunun komendantı, polkovnik Nemət Mahmudov da həlak olub. Onun cənazəsi bu gün səhər saatlarında təyyarə ilə Bakıya yola salınıb. Bu gün həmçinin Abbas Əhmədov da Naxçıvanda dəfn ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31