İrandan Azərbaycana narkotika daşıyan dəstə yaxalandı

İrandan Azərbaycana külli miqdarda narkotika daşıyan İran vətəndaşlarından ibarət mütəşəkkil dəstə zərərsizləşdirilib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonunun Şəfəqli kəndinin ərazisində İran vətəndaşları, əvvəllər məhkum olunmuş Adil Nazimi və Rza Səidi saxlanılıblar. Onlardan 23 kiloqram 25 qram tiryək və 1 ədəd gecəgörmə cihazı götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31