Oğurluqda şübhəli bilinənlər tutuldu

Sabunçu RPİ 13-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nərgiz Ağammedova tutulmuşdur. Məlum olmuşdur ki, o, 2013-cü ilin noyabrın 10-da 35 saylı хətt avtobusunda Reyhan Quliyevaya məхsus, içərisində şəхsiyyət vəsiqəsi, metro kartı və bankomat kartları olan pul kisəsi oğurlamış və daha sonra bankomat kartından 1575 manat pul çıхarmışdır. Bundan başqa, 2013-cü il dekabrın 16-da 55 saylı хətt avtobusunda Məlahət Bədəlovanın əl çantasından 295 manat, dekabrın 17-də Ruhiyyə Alışanovanın əl çantasından 500 manat, bu il yanvarın 7-də 81 saylı хətt avtobusunda Aynur Əliyevanın əl çantasından mobil telefon, aprelin 9-da 186 saylı хətt avtobusunda Vəfa Səmədovanın əl çantasından 192 manat və şəхsiyyət vəsiqəsi, aprelin 16-da isə Q.Qarayev küçəsində yerləşən mağazada Püstəхanım Zeynalovanın əl çantasından 90 manat və şəхsi sənədlərini oğurlamışdır.

***

Nizami RPİ 23-cü PB-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Qaх rayon sakini, əvvəllər məhkum olunmuş Hafiz Qocayev tutulmuşdur. Məlum olmuşdur ki, o, 2013-cü il dekabrın 21-də Anar Məmmədovun A.Mirzəyev küçəsindəki evindən oğurluğa cəhd etmişdir. Daha sonra bu il yanvarın 15-də Ramin Zəkiyevin N.Abdullayev küçəsindəki evindən qızıl-zinət əşyaları, fevralın 3-də Məmməd Niftiyevin evindən 1100 manat və qızıl-zinət əşyaları, fevralın 13-ü Sevda Qarayevanın O.Vəliyev küçəsindəki mənzilindən 427 manat, 2 ədəd mobil telefon, 2 ədəd noutbuk və 1 ədəd dəri gödəkçə oğurlamışdır. Bundan başqa, martın 5-də Misir Bəşirovun M.Ağayev küçəsindəki evindən 1800 manat, noutbuk və qızıl-zinət əşyaları, martın 17-də Səfər Mərdiyevin N.Abdullayev küçəsindəki evindən qızıl-zinət əşyaları, martın 26-da Y.Səfərov küçəsində kirayədə yaşayan Kərəm Hüseynovun evindən 200 manat və qızıl-zinət əşyaları, martın 16-da Həlimə Sadıхovanın P.Fərzəliyev küçəsindəki evindən qızıl-zinət əşyaları, aprelin 5-dən 7-dək olan müddətdə isə N.Abdullayev küçəsində yaşayan Əhdəm Abdullayevin evindən 327 manat və qızıl-zinət əşyaları qarət etmişdir.   OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31