Bakıda sərnişin avtobusları dəhşətli qəza törətdi: xeyli sayda yaralı var

Hadisə yerinə xilasedicilər, polis və təcili yardım həkimləri cəlb olunub

Bu gün səhər saatlarında Bakının Nizami rayonu ərazisində iki sərnişin avtobusu dəhşətli qəza törədib. 

Rayon Polis İdarəsindən verilən məlumata görə, "Neftçilər" metrostansiyasının yaxınlığında "DAEWOO" markalı, 90 HS 698 dövlət nömrə nişanlı 50 saylı sərnişin avtobusu ilə "İsuzu" markalı, 90 MD dövlət nömrə nişanlı, 35 saylı sərnişin avtobusları toqquşub.

Hadisə nəticəsində xeyli sayda xəsarət alan var. Hadisə yerinə xilasedicilər, polis və təcili yardım həkimləri cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31