Fındığın içərisindən həşiş çıxdı

Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən Qahir Mirəli oğlu Zəkiyevə vətəndaş Niyazi Rafil oğlu İsmayılovun göndərdiyi sovqata baxış keçirilən Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı 17 ədəd fındığın içərisində gizlədilmiş, xalis çəkisi 6,59 qram olan narkotik maddə "həşiş qətranı" və xalis çəkisi 1,730 qram olan narkotik maddə "tiryək" aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31