Ayaqqabı təmizləyən qubkadan heroin çıxdı
18 Aprel 2014 12:47 KriminalƏdliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən, Samir Mirzə oğlu Əhmədova vətəndaş Rüfər Fikrət oğlu Əhmədovun göndərdiyi sovqata baxış keçirilib. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"a verilən məlumata görə, baxış zamanı əşyaların arasında olan ayaqqabı təmizləmək üçün qubkanın altında gizlədilmiş, xalis çəkisi 1,226 qram olan narkotik maddə "Heroin" aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31