Bakıda kişi 49 yaşlı qayınını bıçaqlayıb
17 Aprel 2014 19:08 KriminalBakıda bıçaqlanma hadisəsi baş verib. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 14 radələrində, rayonun Cəfərov qardaşları küçəsi-23, mənzil-7-də qeydə alınıb. Həmin ünvanda yaşayan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Lətif İbrahim oğlu Muradov qayını Zaqatala rayon sakini, 1965-ci il təvəllüdlü Əbülfəz Təyyar oğlu Qədirova ailə münaqişəsi zəminində bir neçə bıçaq xəsarəti yetirib. Ə. Qədirov ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Hazırda polis hadisəni törədən L. Muradovun tutulması istiqamətində iş aparır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31