Abşeron sakini həyat yoldaşını güllələyib

Abşeron rayon sakini həyat yoldaşını gülləyib. Rayon Polis ŞöbəsindənAPA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Saray qəsəbəsində, Sevil Qazıyeva küçəsində qeydə alınıb.

Abşeron rayon sakini, 1967-ci il təvəllüdlü Seyran Malik oğlu Tahirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1972-ci il təvəllüdlü Məhbubə Ramiz qızı Tahirzadəni tüfənglə gülləyib. M. Tahirzadə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31