Azərbaycanda Kür çayından daha bir meyit tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, aprelin 15-də Kür çayının Neftçala rayonu Kürqaraqaşlı kəndinin ərazisindən keçən hissəsində Salyan rayon sakini Elmin Axundovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31