Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "OLAYLAR"a verilən məlumata görə, yanğın zamanı ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və əşyaları 12 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31